AZ

ANCA-dan etiraz kampaniyası: "ABŞ “Boeing”ləri Azərbaycana satmasın!"

Xəbər verdiyimiz kimi, Xəzər və Mərkəzi Asiya regionunun aparıcı yük aviaşirkəti olan Silk Way West Airlines müasir və ekoloji cəhətdən təmiz donanmanın yenilənməsi öhdəliyinə sadiq qalaraq, 2025-ci ildə təhvil verilməsi planlaşdırılan əlavə Boeing 777 Freighter yük təyyarəsinin alınması üçün Boeing ilə mövcud olan müqaviləyə əlavə razılaşma imzalayıb.


Adalet.az xəbər verir ki, bu məlumat erməniləri ABŞ-da yaşayan ermənilərin bərk xətrinə dəyib. Beləki, Amerika Erməniləri Milli Komitəsi (ANCA) ABŞ İxrac-İdxal Bankını (EXIM) Azərbaycanın “Silk Way Airlines” aviaşirkətinə “Boeing” yük təyyarələrinin alınması üçün 100 milyon dollarlıq maliyyə zəmanətindən imtina etməyə çağıran pan-müstəmləkə kampaniyasına başlayıb.

Komissiyanın fikrincə, bu maliyyə Azərbaycana ikili təyinatlı təyyarələr əldə etməyə imkan verəcək, guya Azərbaycana qeyri-qanuni silah tədarükünü asanlaşdıracaq.
Azərbaycan haqqında ağlına gələn hədyanlarla çıxış edən ANCA bildirir ki, belə təyyarələrin Azərbaycana verilməsi Amerika qanunvericiliyini, o cümlədən ikili təyinatlı məhsulların ixracını pozur, regional sülh səylərinə zərbə vurur və Azərbaycana əlavə hərbi üstünlük verir. 2025 EXIM Bank yanvarın 10-da Boeing-in 100 milyon dollardan çox yekun kredit öhdəliyi üçün təklifini aldığını elan etdi. Fevralın 7-də, bundan sonra EXIM-in Direktorlar Şurası təklifin təmin edilməsi üçün ərizəyə baxacaq.
Qeyd edək ki, ermənilərin məkrli planına tuş gələn Silk Way West Airlines-in yaydığı məlumatda bildirilir ki, bu saziş 2021-ci ilin aprelində imzalanmış əsas müqaviləyə əlavədir və Silk Way West Airlines-ın hava yük daşınması sənayesində davamlılığa sadiqliyini bir daha nümayiş etdirir.


Əsas müqaviləyə istinadən Silk Way West Airlines beş ən müasir Boeing 777 Freighter təyyarəsi əldə edir, onlardan ikisi artıq Bakıya çatdırılıb, digərlərinin çatdırılması isə 2027-ci ilin sonunadək gözlənilir.

Xatırladaq ki, ABŞ-da Azərbaycan əleyhinə yönəlmiş bütün addımların arxasında mütləq erməni lobbisinin və diaspor təşkilatlarının durur. Bu təşkilatlardan ən böyüyü 1918-ci ildə əsası qoyulmuş Amerikanın Erməni Milli Komitəsidir ki, “907-ci düzəliş”ində ( 1992-ci ildə erməni lobbisinin təşəbbüsü ilə ABŞ Konqresi tərəfindən "Azadlığa Dəstək" Aktına qəbul edilən və Azərbaycana Amerikanın birbaşa dövlət yardımını yasaqlayan düzəlişdir) bu təşkilatın fəaliyyəti böyük olub. Daha dəqiq desək, hazırda qondarma erməni soyqırımının ABŞ-ın 50 ştatında tanınmasında və prezident Co Bayden tərəfindən “soyqırım” olaraq təsdiq edilməsində bu təşkilatın işi ermənilər üçün “misilsiz xidmət” kimi qiymətləndirilir. 

 Əntiqə Rəşid 

Seçilən
4
adalet.az

1Mənbələr