Ağciyər Xəstəlikləri Mərkəzinə direktor təyin olunub.
Bu barədə TƏBİB-dən məlumat verilib.
TƏBİB-in İcraçı direktorun müavini Anar İsrafilovun təqdimatı ilə Mərkəzin direktoru vəzifəsi Nəhmət Rəhmanova həvalə olunub.
Qeyd edək ki, Nəhmət Rəhmanov bundan əvvəl TƏBİB-in İlkin səhiyyə xidməti departamentinin Xidmətlərin təşkili şöbəsinin müdiri vəzifəsini icra edib.
Tarix: 14 Yanvar 2025, 18:06