Sabah Azərbaycanın cənub bölgəsinin bir sıra rayonlarında elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.Bu barədə "Azərişıq” ASC-dən məlumat verilib.
Bildirilib ki, 110/35/10 kV-luq Lənkəran 2 yarımstansiyadan qidalanan 10 kV-luq 5 saylı hava xəttində, Cəlilabad 110/35/10 kV-luq yarımstansiyadan qidalanan 110 kV-luq 2-ci Masallı hava xətti və 110 kV-luq Cəlilabad hava xəttində eyni vaxtda təmir işləri aparılacaq.
Bu səbəblə saat 10:00-dan 14:00-dək Lənkəran rayonu Şilavar, Digah kəndlərində, Kürə ərazisində və saat 10:00-dan 12:00-dək Cəlilabad şəhəri və rayonunda, Biləsuvar rayonu Əmənkənd ərazilərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.
Təmir işləri başa çatdıqdan sonra elektrik enerjisinin verilişi təmin olunacaq.
www.anews.az