"Liverpul"un sabiq baş məşqçisi Yurgen Klopp "Red Bull" şirkətində beynəlxalq futbol rəhbəri işini qəbul etməsindən danışıb.
QOL.az xəbər verir ki, bu barədə jurnalist Florian Plettenbeq öz Х sosial şəbəkəsində (əvvəlki "Twitter") məlumat yayıb. Yanvarın 1-də işə başlayan mütəxəssis deyib:
"Çünki bu, fərqli bir roldur. Həmişə demişəm ki, nə ilə məşqul olduğum mənə xoşdur. Min oyun və min mətbuat konfransından sonra hər şeyi yenidən başlamaq və yeni fürsətlər qazanmaq istədim. Hazırda həyatımda olduğum durum üçün mükəmməl bir addımdır. İndi mənim fantastik komandam var. Mario Qomes (Almaniya millisinin sabiq hücumçusu - red) beynəlxalq komandanın bir hissəsidir. Hər kəs ilhamla bu şirkətə yanaşır. Çox xoşbəxtəm ki, bununla məşğulam".
Xatırladaq ki, Yurgen Klopp 2015-ci ildən 2024-cü ilə qədər "Liverpul"un baş məşqçisi olub.