AZ

MƏZƏLİ OĞLANLAR(“Qısa hekayələr” silsiləsindən)

Xəbər verdiyimiz kimi, əməliyyat zamanı iş yoldaşları tərəfindən sürprizlə qarşılaşan “German Hospital”ın cərrah mama-ginekoloqu Ləman Əliyeva işdən azad edilib.

SeherXeber.org xəbər verir ki, mama-ginekoloq Ləman Əliyeva Bakuplus.az-a açıqlamasında bu məsələnin sifariş olduğunu söyləyib:

“Mənə tapılmayan təki iş olsun. Məni tanıyan tanıyır. Hər şey yaxşıdır, narahat olmayın. Olmayacaq “German hospital”, olacaq başqa bir klinika.

18 illik fəaliyyətimdə heç bir pasiyent məndən şikayət etməyib. Bütün Azərbaycan qarşısında alnım açıq, üzüm ağdır. Bu vaxta qədər mənimlə bağlı şikayət və ya mənfi rəy olmayıb. Heç bir xəstə və işçi ilə problem yaşamamışam”.

Ləman Əliyeva yayılan videogörüntülərə aydınlıq gətirib: “Həmin videoda gördükləriniz sifarişlə hazırlanan oyun idi. Allaha həvalə edirəm. Videodan da aydındır ki, mənim xəbərim olmayıb. Bütün xəstəxana bilir ki, mən xəbərsiz idim. Mənim bloger olduğumu bilirlər. Bilirdilər ki, bunu səhifəmdə paylaşacam. Qəsdən etdilər. Allah hər şeyi görür”.

Xatırladaq ki, bir neçə gün öncə “German Hospital”ın cərrah mama-ginekoloqu Ləman Əliyeva əməliyyat otağında olarkən hospitalın digər işçiləri oraya daxil olaraq həkimi doğum günü münasibətilə təbrik ediblər. L.Əliyeva onları otaqdan çıxarmayıb və şamı üfürərək təbrikləri qəbul edib.

Seçilən
5
2
seherxeber.org

3Mənbələr