AZ

Rusiya Kurskda səhvən Şimali Koreyadan aldığı unikal HHMS-i məhv etdi - FOTO

Yazını böyüt
Yazını kiçilt

Ukrayna qoşunlarına qarşı döyüşlərdə Rusiya ordusuna dəstək vermək üçün Kursk bölgəsində yerləşən Rusiya-Şimali Koreya qüvvələri ciddi zərbə alıb. Rusiyaya məxsus pilotsuz uçan aparat təsadüfən Şimali Koreyanın unikal hava hücumundan müdafiə sistemini (HHMS) məhv edib.

Hafta.az “TSN”-ə istinadla xəbər verir ki, bu barədə “Forbes” yazır.

Analitiklərin məlumatına görə, Şimali Koreyanın bölgəyə gələn 12 min nəfərlik 11-ci ordu korpusu özü ilə artilleriya və raket buraxılış qurğuları, həmçinin təkərli şassi əsasında qeyri-adi hava hücumundan müdafiə vasitəsi gətirib. Bu texnologiya hətta Şimali Koreyanın özü üçün də nadirdir. Lakin bölmənin gəlişindən xəbərsiz olan Rusiya pilotsuz təyyarələri səhvən Şimali Koreya qurğusuna hücum edərək onu məhv ediblər.

Zərbənin videosunu Rusiya hərbçiləri yayıb və onlar bunun Ukraynanın hava hücumundan müdafiə sistemlərinə uğurlu hücum olduğunu bəyan ediblər. Daha sonra kənar analitiklər müəyyən ediblər ki, zərbənin hədəfi Ukrayna deyil, Şimali Koreya qurğusu olub.

Polşalı hərbi analitik "WarVehicleTracker" Rusiya qüvvələri ilə onların müttəfiqləri arasında koordinasiyanın olmamasına işarə edərək, "Rusiyanın öz texnikasını vurması gülməlidir"- deyib.

Bu hadisə bir neçə aydır Ukrayna qoşunlarını Kursk bölgəsindən sıxışdırmağa çalışan 60 minlik Rusiya-Şimali Koreya qruplaşması üçün daha bir problemə çevrilib. Onların hücumları əhəmiyyətli itkilərə səbəb olur: son hücumlar zamanı Rusiya-Şimali Koreya tərəfi 600-dən çox əsgər itirib.

Ukrayna pilotsuz təyyarələri qarşı tərəfin zirehli texnikasını və artilleriyasını effektiv şəkildə zərərsizləşdirərək düşmənə xeyli itki verməkdə davam edir. Nəticə etibarilə, Rusiya ordusunun Ukraynanın hücumlarına ən azı hansısa formada müqavimət göstərmək üçün əlavə hava hücumundan müdafiə sistemlərinə ciddi ehtiyacı var.

Seçilən
18
hafta.az

1Mənbələr