Alman hakimiyyət orqanları Almaniyanın Şimali Reyn-Vestfaliya federal əyalətində iri sənaye obyekti və sursat anbarı üzərində yeni pilotsuz uçuşlar qeydə alıb.
Oxu24.com xəbər verir ki,bu barədə “Spiegel” yazır.
Nəşr vurğulayır ki, pilotsuz təyyarələr yanvarın 13-də axşam saatlarında müşahidə edilib və Marl şəhərindəki kimya parkının mühafizəçiləri bu barədə polisə məlumat veriblər.
Dronlar Bundesverin Dorstendəki sursat anbarı üzərində, eləcə də Bohum, Oberhauzen və Essen ərazilərində də müşahidə edilib.
Nəşr vurğulayır ki, hüquq-mühafizə orqanları bu uçuşların təsadüfi olduğuna inanmır.
Yanvarın 13-də Bavariyadakı hərbi aerodromun üstündə səmada mənşəyi məlum olmayan 10-a yaxın pilotsuz təyyarənin göründüyü bildirilirdi.
Yanvarın 8-də “Bild” qəzeti yazıb ki, Almaniya hakimiyyət orqanları ölkənin təhlükəsizlik sistemində pilotsuz uçuş aparatlarından istifadə etməklə casusluqla bağlı çoxsaylı şikayətlər qeydə alıb. Almaniya Daxili İşlər Nazirliyi o zaman qeyd etmişdi ki, pilotsuz təyyarələr “Rusiya hibrid müharibəsi”ndə istifadə oluna bilərdi.
Bundan əvvəl Almaniyadakı aviabazada müdaxilənin izləri aşkar edilmişdi.
Nigar