AZ

Qəzzada atəşkəs olacaq -  Bu gün elan edilə bilər

Yaxın Şərqdəki gərginliklə bağlı Qətər, HƏMAS və İsrail tərəfindən atəşkəs razılaşmasına dair mühüm açıqlamalar verilib. Atəşkəsin həyata keçirilməsi üçün diplomatik səylər sürətlə davam edir.

Milli.Az xarici mediaya istinadən xəbər verir ki, Qətər rəsmiləri Qəzzadakı atəşkəs danışıqlarının son mərhələdə olduğunu və yaxın zamanda razılığın əldə oluna biləcəyini bildirib. Onlar atəşkəsin hərtərəfli və davamlı bir həllə çevriləcəyinə ümid etdiklərini ifadə ediblər.

HƏMAS rəhbərliyi də optimist açıqlama verərək, atəşkəs danışıqlarının son addımlarında olduqlarını qeyd edib. Onlar aydın və hərtərəfli bir razılığın əldə ediləcəyini gözlədiklərini bildiriblər.

İsrail hökuməti də prosesin intensivliyini vurğulayıb. Dövlət telekanalı KAN-ın verdiyi məlumata görə, baş nazir Benyamin Netanyahu hökumət daxilində razılaşmaya qarşı çıxan maliyyə naziri Bezalel Smotriçin mövqeyindən narahatdır. Əgər sürətli razılıq əldə edilərsə, Nazirlər Kabinetinin bu gün toplanaraq sazişi təsdiqləməsi gözlənilir.

Nərmin
Milli.Az

Seçilən
6
milli.az

1Mənbələr