AZ

AZAL təyyarəsinin qara qutuları KİV-də yayılan bəzi məlumatları təsdiqləmir - Lavrov

Aktauda qəzaya uğrayan Bakı-Qroznı təyyarəsinin qara qutularının məlumatları mətbuatda yayılan bəzi məlumatları təsdiqləmir. Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov mətbuat konfransında deyib.

“Braziliyada xüsusi iclas oldu, qara qutular açıldı, orada maraqlı məlumatlar var. Biz hərtərəfli araşdırmanı gözləməliyik və ümumiyyətlə media məkanında ab-havanı qarışdırmamalıyıq”, deyə rusiyalı nazir bildirib.

Lavrovun sözlərinə görə, Azərbaycanla cari strukturlu münasibətlər istənilən məsələni operativ həll etməyə imkan verir.

Xatırladaq ki, dekabrın 25-də Bakıdan Qroznıya uçan AZAL-ın sərnişin təyyarəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarədə 62 sərnişin və beş ekipaj üzvü olub. Qəza nəticəsində 38 nəfər həlak olub, 29 nəfər sağ qalıb.

Seçilən
11
buta.media

1Mənbələr