AZ

İmişli rayon Ağsaqqallar Şurasının sədri Saleh Səmədovun təşəbbüsü ilə rayonun Çahar kənd ağsaqqalları ilə görüş keçirildi

İmişli rayon Ağsaqqallar Şurasının sədri Saleh Səmədovun təşəbbüsü ilə rayonun Çahar kənd ağsaqqalları ilə görüş keçirildi.

Görüşdə şuranın sədri Saleh Səmədovla bərabər sədrin birinci müavini Vahid Tağıyev, Aparat rəhbəri Murad Seyidov, Çahar kənd icra nümayəndəsi Məhəmməd İsmayılov və Çahar kənd bələdiyyəsinin sədri Faiq Mehbalıyev də iştirak edirdilər.

Görüşü açıq elan edən Saleh Səmədovun təklifi ilə Ulu Öndər Heydər Əliyevin və 30 il erməni vandalizminə məruz qalan torpaqlarımızın azad olunması və ərazi bütövlüyümüzü bərpa edilməsi uğrunda canlarından keçərək şəhidlik zirvəsinə yüksələn soydaşlarımızın, həmçinin son dövrlərdə dünyasını dəyişən ağsaqqallarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Çıxışına davam edən sədr son dövrlərdə İmişli rayon Ağsaqqallar Şurası üzvlərinin tərkibinin mütəmadi olaraq artdığını, yerlərdə ağsaqqalların nüfuz və hörmətlərinin gündən - günə artdığını xüsusi olaraq vurğuladı. S. Səmədov qeyd etdi ki, bütün bu yeniliklər, irəliləyişlər Azərbaycan dövlətinin Ağsaqqallar Şurasına göstərdiyi diqqət, qayğı və dəstəyin sayəsində həyata keçirilir. Çünki Azərbaycan Ağsaqqallar Şurası həmişə dövlətin yanındadır, onun daxili və xarici siyasətini dəstəkləyir. Bu isə bizə yeni - yeni uğurlar qazanmaq üçün stimul verir. Həmçinin, Azərbaycan Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı və Hesablayıcı komissiyasının sədri, "Azərittifaq"ın sədri, Azərbaycan Koperasiya Universitetinin rektoru, iqtisad elmləri doktoru, professor Eldar Quliyev yaxından köməyini və dəstəyini əsirgəmir. Bu gün burada hörmətli professorun salamlarını və təbriklərini sizlərə çatdırmaq istəyirəm. Öz növbəmdə mən də Çahar kənd ağsaqqallarını təbrik edir və gələcək fəaliyyətlərində uğurlar arzulayıram.

Görüşdə söz alan Vahid Tağıyev ağsaqqalların nüfuz sahibi olmaları üçün onların üzərinə çox böyük məsuliyyət düşdüyünü xüsusi olaraq vurğuladı. O, bildirdi ki, bu gün Azərbaycan dünyada söz sahibi olan ölkələr sırasındadır və bu möhtərəm prezidentimiz cənab İlham Əliyevin uzaqgörən siyasətinin, əzmkarlığının, cəsarətinin sayəsində həyata keçirilir. Çünki dövlət rəhbərimiz Ulu Öndərin dediyi kimi həmişə xalqa - gənclərimizə və ağsaqqallarımıza arxalanır.

Məhəmməd İsmayılov da çıxış edərək bildirdi ki, Azərbaycan dövləti həmişə ağsaqqalları dəstəkləyir və onlara arxalanır. Biz də dövlətimizin həyata keçirdiyi daxili və xarici siyasətini dəstəkləyirik, Çahar kənd ağsaqqallarına kömək və dəstəyimizi əsirgəməyəcəyik. Görüşdə çıxış edən Murad Seyidov Azərbaycan Ağsaqqallar Şurasının əsasnamənin müvafiq maddələrinə aydınlıq gətirdi. Ağsaqqallar şura üzvlərinin üzərinə düşən vəzifələri izah etdi.

Sonra o, əsasnamənin müvafiq maddəsinə uyğun olaraq izah etdi ki, Çahar kənd ağsaqqalları açıq səsvermə yolu ilə əvvəlcə idarə heyətinə 7 nəfər üzv seçilməlidir. Daha sonra isə həmin 7 nəfər idarə heyətinə seçilmiş üzvlər arasında bir sədr və iki nəfər sədr müavini seçilməlidir.

Açıq səsvermə zamanı Səfərov Nizami, Mahmudov Mansur, Eyvazov Mirzalı, Əbilov Əbil, Əliyev Razim, Fərəcov Aydın, İbayev Faiq idarə heyətinin üzvü seçildilər. İdarə heyətinin üzvləri sırasından açıq səsvermə ilə Səfərov Nizami sədr, Mahmudov Mansur və Eyvazov Mirzalı sədrin müavinləri seçildilər.

Sonda yeni seçilmiş sədrə və müavinlərə Azərbaycan Ağsaqqallar Şurasının döş nişanları təqdim olundu. Beləliklə, İmişli rayon Ağsaqqallar Şurasının Çahar kənd ərazi təşkilatı təsis olundu.

Saleh Səmədov yeni seçilmiş üzvləri təbrik edərək onlara gələcək fəaliyyətlərində uğurlar arzuladı.

Seçilən
8
yeniazerbaycan.com

1Mənbələr