AZ

Ekspert: Qrenlandiyanın ABŞ-a qoşulması Avropa ilə münasibətləri poza bilər

"ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın Qrenlandiyanı ABŞ-ın tərkibinə daxil etmək niyyəti güc yolu ilə həyata keçiriləcəyi təqdirdə Vaşinqtonun Avropadakı müttəfiqləri ilə münasibətlərini ciddi şəkildə çətinləşdirə bilər"

Hit.az xəbər verir ki, bunu RİA Novosti-yə ABŞ ordusunun istefada olan polkovnik-leytenantı və Avrasiya Fondunun keçmiş rəhbəri Erl Rasmussen bildirib.

Ekspert qeyd edib ki, güc tətbiqi və ya iqtisadi təzyiqlə müqayisədə daha üstün variant ABŞ-ın adadakı strateji maraqlarına toxunan məsələlərlə bağlı Qrenlandiya, Danimarka və Avropa ilə diplomatik müzakirələr olacaq.

Rasmussen Qrenlandiyanın həm milli təhlükəsizlik baxımından, həm də zəngin mineral ehtiyatlarına görə ABŞ üçün xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayıb.

Yanvarın 14-də Trampın Nümayəndələr Palatasındakı Respublikaçı müttəfiqlərinin Qrenlandiyanın alınması ilə bağlı danışıqlara zəmin yaradacaq qanun layihəsi üzərində işlədikləri barədə məlumat yayılıb.

Samir

Seçilən
4
hit.az

1Mənbələr