Ağciyər Xəstəlikləri Mərkəzinə direktor təyin olunubBu barədə TƏBİB-dən bildirilib. TƏBİB-in İcraçı direktorunun müavini Anar İsrafilovun təqdimatı ilə Mərkəzin direktoru vəzifəsi Nəhmət Rəhmanova həvalə olunub. Nəhmət Rəhmanov bundan əvvəl TƏBİB-in İlkin səhiyyə xidməti departamentinin Xidmətlərin təşkili şöbəsinin müdiri vəzifəsində çalışıb.www.anews.az