AZ

Vazeh Əsgərov ADNSU-da perspektivli mütəxəssisləri niyə işdən çıxarır?

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) 2023-cü ilin iyun ayından etibarən rektorsuz fəaliyyət göstərir. Prezidentin sərəncamı ilə Mustafa Babanlı vəzifədən çıxarıldıqdan sonra onun səlahiyyətlərini Vazeh Əskərov yerinə yetirir. Amma onun fəaliyyəti dövründə universitetdən şikayətlərin sayı hədsiz dərəcədə artıb. Rektor əvəzindən əsasən ADNSU müəllimləri, əməkdaşları şikayət edir, haqsızqlıdan, ədalətsizlikdən gileylənirlər.
Onlardan Elmira Xanməmmədova yerli saytlara bildirib ki, universitetdə növbəti dəfə vəzifə seçkisi zamanı “İnformasiya texnologiyaları və idarəetmə” fakültəsinin dekanı Dosent Fərid Ağayev, dosent İcabikə Sərdarova və dosent Almaz Mehdiyevanın təkidi ilə müəllimlər onun əleyhinə səs verib, nəticədə işdən çıxarılıb.
“Bu şəxslərin mənim əleyhimə olması isə aşağıdakı faktla bağlıdır”, – o qeyd edib.
Şikayətçi vurğulayıb ki, universitetdə gənc tədqiqatçıları, gənc alimləri, perspektivli mütəxəssisləri qısqanclıqla qarşılayan və onları müxtəlif bəhanələrlə işdən çıxarmağa nail olan bu şəxslərin sayəsində universitetdə tədrisin keyfiyyəti olduqca aşağıdır: “Universitetdən yüksək ixtisaslı müəllimləri və peşəkar tədqiqatçı alimləri uzaqlaşdırmaqla universiteti uçuruma yuvarlayırlar. Bunun da səbəbi, qeyri-ixtisasçıları universitetdə yüksək vəzifəyə təyin etmək, peşəkarları uzaqlaşdırmaq, ailə üzvlərini və qohumluq əlaqələri olan şəxsləri müxtəlif vəzifələrə təyin etdirməkdir. Adları dəfələrlə korrupsiya qalmaqallarında hallanan, rəhbərlikdə təmsil olunan şəxslər universitetdə çirkab bir mühit yaradıblar”.
E.Xamməmmədova onu da bildirib ki, dəfələrlə müdafiə edilmiş buraxılış işləri, magistrlik işləri dosent Almaz Mehdiyeva tərəfindən hazırlanaraq tələbələrə verilir: “Plagiat çıxmaması üçün universitetin plagiat işləri üzrə koordinatoru dekan Fərid Ağayevin tapşırığı əsasında plagiat edilən işlər bazadan çıxarılır və nəticədə yenidən müdafiə edilməli işi plagiat göstərmir. Müdafiəyə buraxılan işlər isə qeyri ixtisasçılar və dekanın himayə etdiyi şəxslərdən təşkil olunmuş komissiya tərəfindən müsbət qərar alaraq müdafiə edilir”.
Müəllim iddia edib ki, universitetin ən böyük tələbə kontingetinə malik “İnformasiya texnologiyaları və idarəetmə” fakültəsinin dosenti Vazeh Əskərovun Hirş indeksi bütün bazalarda sıfırdır: “Dosent Qasım Məmmədovun Hirş indeksi Google scholar verilən bazasında 4152-ci, Scopus verilənlər bazasında isə 2911-ci yerdədir. Universitetin professor-müəllim heyətinin elmimetrik reytinqində isə 225-ci yerdədir. Dosent Fərid Ağayevin Hirş indeksi isə Scopus verilənlər bazasında 4757-ci yerdədir”.
E.Xanməmmədova bildirir ki, ailə idarəetməsi, qeyri-etik davranışlar və saxtakarlıq hallarının himayə edilməsi universitet rəhbərliyinin əsas devizidir.
“İlduzə Hüseynova və kürəkəni Salman Salmanov universiteti idarə edir. Universitetdə bütün işləri istədiyi kimi həll edir, vəzifə səlahiyyətlərindən şəxsi marağı üçün istifadə edir, rektor əvəzi Vazeh Əskərovu da özünəməxsusluqla istiqamətləndirir, ona yalan məlumatlar çatdırır, beləliklə də uzun illər qüsursuz, zəhmətlə çalışan, yetərincə nailiyyətləri olan nəinki cavan, hətta təcrübəli müəllim və əməkdaşları işsiz qoyur. Bununla bağlı yetərincə məlumatlara sahibəm”, şikayətçi qeyd edir.
Başqa mənbələr isə rektor əvəzi Vazeh Əskərovun fransız dili müəllimi ixtisasına sahib olmasına baxmayaraq, özünün universitetdə “energetika” sahəsi üzrə ikinci ali təhsil aldığını iddia edib.
 
“Maraqlıdır, rektor əvəzi tabeliyində olan müəllimlərdən necə dərs alacaq”, – mənbə bildirib. (AzPolitika.info)
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
Seçilən
2
2
xalq.az

5Mənbələr