AFFA ölkə xaricində oynayan və Azərbaycanla bağlılığı olan futbolçuları yığma komandalarımıza cəlb etməyi planlaşdırır.
Apasport.az saytına verilən məlumata görə, qurumun siyahısında yer alanlardan biri də Qazaxıstanın “Jenis” klubunun üzvü Raul Allahverdiyevdir.
Onu vaxtı ilə federasiya U-17 yığmamıza cəlb etmək istəsə də, Allahverdiyev bunu istəməmişdi.
Lakin AFFA əslən Azərbaycandan olan həmyerlimizi milliyə cəlb etmək niyyətindədir. Buna görə də, Raulla danışıqlar aparılır.
2006-cı il təvəllüdlü futbolçu Qazaxıstanın U-17 yığmasında oynayıb. O, “Okjetpes” klubunda da çıxış edib.
Həm mərkəz hücumçusu, həm də vinger kimi oynamağı bacaran Raulun U-19 yığmamıza cəlb olunmaq ehtimalı yüksəkdir.
Taekvondo üzrə millimizdə növbəti təyinat
AFFA-nın əməkdaşı İsveçrədə beynəlxalq seminarda iştirak edib
Faiq Hacıyev: "Kurban Berdıyev lazım olan açıqlamanı verib"
“Neftçi” – “Sabah” matçının biletləri satışa çıxarılıb
Juninyonun həyat yoldaşından "Qarabağ" paylaşımı