AZ

Kalvin Remzi “Liverpul”u Şotlandiya klubuna dəyişdi

İngiltərənin “Liverpul” klubunun sağ cinah müdafiəçisi Kalvin Remzi cari mövsümün qalan hissəsini “Kilmarnok”da keçirəcək.

Arena.az xəbər verir ki, bu barədə Premyer Liqa nəhəngi rəsmi saytı vasitəsilə məlumat yayıb.

Gənc futbolçu Şotlandiyanın “Kilmarnok” klubuna icarəyə verilib. O, 2024/2025 mövsümünün sonuna – mayın 31-nə kimi icarədə olacaq. Müqavilədə satınalmaya dair hər hansı şərt nəzərdə tutulmayıb. Bir sözlə, yeni komandasında oyun təcrübəsi əldə edəcək futbolçu mövsüm bitən kimi “Liverpul”un düşərgəsinə dönəcək.

Kalvin Remzi Şotlandiyanın “Aberdin” klubunun yetirməsidir. O, “Liverpul”a 2022-ci ilin iyul ayında 4,9 milyon avro qarşılığında gəlib. Şotland futbolçu İngiltərə klubunun əsas komandasında indiyə qədər cəmi 2 matç keçirib. O, daha öncə “Preston Nort End” və “Bolton Uonderers” komandalarında da icarədə olub. Şotlandiyanın U-16, U-19 və U-21 yığmalarında oynamış 20 yaşlı futbolçu, 2022-ci ildə əsas millidə də debüt edib. Amma onda sonra Remziyə Şotlandiya yığmasında ehtiyac duyulmayıb.

Kalvin Remzinin “Liverpul”la 2027-ci ilin 30 iyununa qədər qüvvədə olacaq müqaviləsi var.

“Transfermarkt” internet-portalı 21 yaşlı müdafiəçinin transfer dəyərini 3 milyon avro məbləğində qiymətləndirir.

Seçilən
3
arena.az

1Mənbələr