AZ

Rusiya quqlu yenidən cərimələdi

Moskvanın Çertanovski Məhkəməsi inzibati cəzanın icrasından yayındığına görə quqlu 8 milyard rubldan çox cərimələyib.

“Qafqazinfo” xəbər verir ki, bu haqda məhkəmənin mətbuat xidmətindən “İnterfaks”a bildirilib.

Şirkət inzibati cəzanın icrasından yayınmaqda təqsirli bilinir (Rusiya Federasiyasının İnzibati Xətalar Məcəlləsinin 20.25-ci maddəsinin 1-ci hissəsi). Buna görə cəza əvvəllər ödənilməmiş cərimənin iki misli miqdarında inzibati cərimə tətbiq edilməsinə səbəb olur.

Qeyd edək ki, daha əvvəl Rusiyada quql bəzi məzmunlara girişi bloklamadığı üçün cərimələnib.

Seçilən
9
4
qafqazinfo.az

5Mənbələr