Bu ilin yanvarın 14-də Ermənistan parlamentinin vitse-spikeri Ruben Rubinyan İran İslam Respublikası Məclisinin (İRİ) İran-Ermənistan dostluq qrupunun nümayəndə heyətini qəbul edib.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, Ruben Rubinyan burada Ermənistanın İranla min illik dostluğa (?-red.) böyük önəm verdiyini bildirib.
O, son illər iki ölkə arasında siyasi dialoqun və əməkdaşlığın əhəmiyyətli dərəcədə intensivləşdiyini vurğulayıb.
Erməni rəsmisinin İranla-Ermənistan arasındakı hansı “minillik” əlaqədən danışdığı yəqin ki özünə də bəlli deyil. Çünki yaxın tarixə qədər “İran-Ermənistan” əlaqələri deyilən bir anlayış belə olmayıb.
Musavat.com