Bəs bu iddialar nə dərəcədə doğrudu? Ümumiyyətlə, “şirlər” adı çəkilən klublardan rəsmi təklif alıbmı? Mikelsin keçidiylə bağlı hansısa danışıqlar varmı?
“Football-plus.az”ın sualını bölgə təmsilçisinin idman direktoru Kamran İsmayılov cavabladı:
“Leroy Mikels “Şamaxı”yla müqavilə müddəti davam edən futbolçudu. Heç bir klub onun transferiylə bağlı bizə rəsmi müraciət etməyib. Belə xəbərləri yalnız mətbuatda oxuyuruq. Rəsmi nəsə yoxdu - nə təklif var, nə də danışıq. Mikels hazırda düşərgəmizdədi və məşqlərdə iştirak edir”.
Xatırladaq ki, futbolçunun “şirlər”lə müqaviləsinin müddəti bu ilin iyununda başa çatacaq. O, cari mövsümdə meydana çıxdığı 16 premyer-liqa, 1 ölkə kuboku matçında 4 qol, 3 məhsuldar ötürmə ilə yadda qalıb.
KƏNAN BAHADIR