AZ

Fransada pensiya islahatları ciddi narazılıq doğurdu

Pensiya islahatı Fransanın gələcəyi və onun sosial modeli üçün açardır, bu islahatın ləğvi cinayətdir.

Teleqraf.com xəbər verir ki, bu barədə Fransanın baş nazir Fransua Bayrou danışıb.

O vurğulayıb ki, islahatın ləğvi vətəndaşların pensiyalarının ödənilməsi yükünün gənc nəslin üzərinə atılması demək olacaq.

Bayrou əlavə edib ki, bütün maraqları nəzərə almaq üçün sosial tərəfdaşlarla birlikdə islahatları nəzərdən keçirəcək.

Baş nazir qeyd edib ki, konsensusa nail olmaq mümkün olmasa, mövcud sistem qüvvədə qalacaq.

Qeyd edək ki, Fransada pensiya islahatlarına qarşı ciddi etirazlar var. Əhali bu islahatların pensiyaçıların sosial durumunu daha da pisləşdirəcəyini düşünür.


Müəllif: Arzu
Seçilən
10
teleqraf.com

1Mənbələr