AZ

"Sevilya"nın müdafiəçisini həbs olunub - sarı vərəqə aldığına görə

"Sevilya"nın müdafiəçisi Kike Salas həbs olunub.

İdman.biz xəbər verir ki, buna səbəb onun bilərəkdən sarı vərəqə almasıdır.

22 yaşlı müdafiəçi ötən mövsümdə İspaniya çempionatının son 8 oyunda 7 dəfə bu cəza ilə üzləşib. Polisdə Salasın bu addımı bilərəkdən atması ilə bağlı sübutlar var. Onun sayəsində dostlarının pul qoyuluşunda yaxşı qazanc əldə etdiyi bildirilib. Kikenin günahı sübut olunarsa, onu 3 ilədək həbs gözləyir.

Qeyd edək ki, Salas "Sevilya"nın yetirməsidir.

İdman.biz

Seçilən
8
idman.biz

1Mənbələr