“Neftçi” qış fasiləsi dönəmində ilk transferini həyata keçirib.
Fanat.Az xəbər verir ki, bu barədə Bakı klubunun mətbuat xidməti məlumat yayıb.
"Ağ-qaralar" yaponiyalı yarımmüdafiəçi Ryonosuke Ohori ilə münasibətləri rəsmiləşdirib. 18 nömrəli formanı geyinəcək 24 yaşlı futbolçu ilə "5 ay + 2 il" şərti ilə müqavilə bağlanıb.
Ohori futbola Yaponiyanın “Sanfreççe” klubunun akademiyasında başlayıb. Sonuncu klubu “Transinvest”in (Litva) heyətində 2024-cü ilin fevralından meydana çıxdığı 31 çempionat matçında 6 qola imza atıb. Orta xətt oyunçusu sürəti və driblinqi ilə də seçilir.