AZ

“Neftçi”dən qışın ilk transferi - RƏSMİ

"Neftçi" qış transfer pəncərəsi üçün ilk keçidi açıqlayıb. 

"Unikal" xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 
Bakı təmsilçisi yaponiyalı futbolçu Ryonosuke Ohori ilə anlaşıb. 24 yaşlı yarımmüdafiəçinin sonuncu klubu “Transinvest”in (Litva) heyətində 2024-cü ilin fevralından meydana çıxdığı 31 çempionat matçında 6 qola imza atıb. 18 nömrəli formanı geyinəcək 24 yaşlı futbolçu ilə 5 ay + 2 il şərti ilə müqavilə bağlanıb.

Qeyd edək ki, daha öncə "Neftçi" legionerləri Mark Tamaş və Kilan Lebonla yollarını ayırıb. 

Seçilən
9
unikal.az

1Mənbələr