"Neftçi" yaponiyalı futbolçu Ryonosuke Ohorini transfer edib.
Apasport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Yarımmüdafiəçi "ağ-qaralar"ın heyətində 18 nömrəli formanı geyinəcək 24 yaşlı futbolçu ilə 5 ay + 2 il şərti ilə müqavilə bağlanıb.
Ohori futbola Yaponiyanın “Sanfreççe” klubunun akademiyasında başlayıb. Sonuncu klubu “Transinvest”in (Litva) heyətində 2024-cü ilin fevralından meydana çıxdığı 31 çempionat matçında 6 qola imza atıb. Orta xətt oyunçusu sürəti və driblinqi ilə də seçilir.
Naxçıvanda daha bir idman federasiyası fəaliyyətini dayandırıb
Taekvondo üzrə millimizdə növbəti təyinat
AFFA-nın əməkdaşı İsveçrədə beynəlxalq seminarda iştirak edib
Faiq Hacıyev: "Kurban Berdıyev lazım olan açıqlamanı verib"
“Neftçi” – “Sabah” matçının biletləri satışa çıxarılıb