ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putinlə tez bir zamanda görüşmək istədiyini bildirib.
Siyasətçi ilə müsahibə “Newsmax” telekanalında dərc olunub .
“Mən bilirəm ki, o (Putin. - Red.) görüşmək istəyir və mən onunla tezliklə görüşəcəyəm. Mən bunu daha tez etmək istərdim ”, – Tramp deyib.
O, qeyd edib ki, əvvəllər təmaslar baş tutmayıb, çünki bu cür danışıqlar rəsmi fəaliyyətə başlamış prezident statusunda aparılmalıdır.