Bakı.Trend:
Avstraliyali alimlər Sidney qıf hörümçəyinin daha böyük və dahazəhərli növünü kəşf ediblər.
Trend xəbər verirki, bu barədə "Reuters" məlumat yayıb.
Məlumata görə, kəşf olunmuş yeni növ dünyanın ən ölümcül təsirəmalik zəhəri olan hörümçəklərindən hesab olunur və ona “Big Boy”ləqəbini veriblər.
Yeni növü üzə çıxarmış Avstraliya Sürünənlər Parkının keçmişrəhbəri və hörümçək tədqiqatçısı Keyn Kristensen bu növün həm bədənölçülərinin, həm zəhər vəzilərinin, həm də köpək dişlərinin dahairi olması ilə seçildiyini bildirib.