AZ

Şok iddia: İkardi müalicəsini gecikdirir!

Diz bağından ağır zədə alan və ötən ay əməliyyat olunaraq mövsümün sonuna qədər sıradan çıxan Mauro İkardi ilə bağlı qalmaqallı xəbərlər gəlməkdədi.

''Football-plus.az'' xəbər verir ki, ünlü futbolçu ötən ay vətəni Argentinada əməliyyat olundu və buna müalicə demək mümkündüsə, müalicəsini də elə orda davam etdirir.

Son günlər həmişəki kimi şəxsi həyatı ilə ön planda olan və yeni sevgilisi Çayna Suares ilə hovuz kənarında bol-bol şəkillər çəkdirərək paylaşan təcrübəli futbolçu barədə Argentina mətbuatında diqqətçəkən iddialar ortaya atılıb. Sən demə onun müalicəsi heç də istənilən şəkildə irəliləmir. Daha doğrusu İkardinin başı şəxsi həyatına qarışıb və reabilitasiyaya çox da önəm vermir.

Bu iddianı argentinalı jurnalistlər Pepe Oçoa ilə Anxel de Brito səsləndiriblər. Öncə Oçoanı dinləyək:

''Qalatasaray'' bir müddət öncə İkardidən reabilitasiya ilə bağlı raport tələb etdi. Mauro bunu onlara göndərsə də, ''Qalatasaray''ın tibbi personalı durumdan narazı qalıb. Onlar futbolçunun reabilitasiya edilmədiyinə qərar verərək cavabları geri göndəriblər. Klubdan İkardiyə ciddi xəbərdarlıq edilib və tez sağalması üçün təzyiq göstərilir. Onların arasında anlaşma var. Reabilitasiya düzgün getməsə, İkardi həm ''Qalatasaray''a pul cəzası ödəyəcək, həm də Argentinadan ayrılaraq vaxtından əvvəl Türkiyəyə qayıtmaq məcburiyyətində qalacaq. Bu isə ona psixoloji cəhətdən təsir edə bilər. Çünki qızlarının daimi olaraq onun yanında qalmasını istəyir''. Anxel de Brito isə bunları deyib: ''Klubla aralarındakı anlaşmaya əsasən ən gec martın 14-də Türkiyədə olmalıdı. ''Qalatasaray'' ondan ən qısa müddətdə yenidən diz MRT-sinin cavablarını tələb edir. Bundan sonra həftədə 3 dəfə İkardinin durumunu təqib edəcək bir həkim tutmaq istəyirlər. Çünki ''Qalatasaray'' İkardinin normal reabilitasiya olunması üçün hətta Argentinadakı evinin xərclərini də ödəyir. Amma o, bu prosesə laqeyid yanaşır''.

ƏLİ
Seçilən
5
football-plus.az

1Mənbələr