AZ

ABŞ-də meşə yanğınları ölkə büdcəsinə külli miqdarda ziyan vurub

ABŞ-də meşə yanğınları ölkəABŞ-nin Kaliforniya ştatında baş alan meşə yanğınlarının vurduğu ziyanın miqdarı 250-275 milyard dollar təşkil edə bilər.

Bu barədə “The Washington Post” nəşri məlumat yayıb.

Məlumata görə, bundan əvvəl yanğından dəymiş ziyanın 135-150 milyard dollar civarında olacağı güman edilirdi.

Şirkətin baş meteoroloqu Conatan Porter qeyd edib ki, bu Kaliforniya tarixinin (zərərin miqyası baxımından) ən pis meşə yanğınlarından biridir.

Xatırladaq ki, Los-Ancelesin qərb və şərq rayonlarında, o cümlədən Pasifik-Paliseydzdə ümumilikdə 12 mindən çox ev və tikili məhv olub. Əsasən Santa-Monikadan Malibuya qədər uzanan ərazidə yerli cəmiyyətin ən zəngin təbəqəsindən olan vətəndaşlara, o cümlədən məşhur Hollivud ulduzları və idmançılara məxsus , orta bazar qiyməti 2 milyon ABŞ dolları təşkil edən yaşayış evləri yanıb.

Seçilən
2
2
banker.az

3Mənbələr