Yanvarın 14-də Fransanın baş naziri Fransua Bayru Milli Assambleyada (parlamentin aşağı palatası) çıxışı zamanı pensiya islahatının ləğvi və ya dayandırılması ehtimalını istisna edib.
“Pensiya islahatları ölkəmiz və sosial modelimiz üçün əsasdır. Onun ləğvi ölkəmizə qarşı cinayət olardı”, – siyasətçi Fransanın “ Le Figaro” qəzetinin yayımladığı çıxışı zamanı bildirib .
Onun sözlərinə görə, sosial tərəfdaşlar da islahatlarda dəyişikliklərə görə məsuliyyət daşımalıdırlar.