AZ

Qlobal inflyasiya 2028-ci ilə qədər yüksək səviyyədə davam edəcək - Hesabat

İqtisadçılar, qlobal inflyasiyanın qarşıdakı illərdə də dünya miqyasında problem olaraq qalacağını proqnozlaşdırırlar.

Valyuta.Az xəbər verir ki, Almaniya "İqtisadi Araşdırmalar İnstitutu" ("Ifo") və İsveçrə "İqtisadi Siyasət İnstitutu" ("IWP") tərəfindən hər üç aydan bir keçirilən "İqtisadi Mütəxəssislər Sorğusu"nun 2024-cü ilin IV rübünə dair nəticələri açıqlanıb.

Sorğuya əsasən, 2025-ci ildə qlobal orta inflyasiya səviyyəsinin 3,9 % olması gözlənilir. İqtisadçılar, qlobal inflyasiyanın 2026-cı ildə 3,5 %-ə enəcəyini və 2028-ci ildə də bu səviyyədə qalacağını proqnozlaşdırıblar. 

Bundan əlavə, inflyasiya səviyyələrində bölgələrə görə böyük fərqliliklərin olacağı qeyd edilib. Bu il üçün inflyasiya gözləntiləri Qərbi Avropa üçün 2,1 %, Şimali Amerika üçün 2,6 % və Cənub-Şərqi Asiya üçün 2,9 %-lə qlobal ortalamanın altında qalıb. 

Buna baxmayaraq, 2025-ci il üzrə inflyasiya gözləntiləri Cənubi Asiya üçün 7,4 %, Cənubi Amerika üçün 33,6 %, Şimali Afrika üçün 37,2 % və Şərqi Afrika üçün 27,6 %-lə qlobal ortalamanın üzərindədir. 

İqtisadçılar 2025-ci ildə Almaniya üçün 2,4 %, Avstriya üçün 2,5 % və İsveçrə üçün 1,2 % səviyyəsində inflyasiya gözləyirlər.

"Ifo" araşdırmaçısı Niklas Potrafke (Niklas Potrafke) açıqlamasında deyib: "İnflyasiya gözləntiləri, mərkəzi bankların inflyasiya hədəflərindən yuxarıda qalmağa davam edir. Bu inflyasiya gözləntiləri ilə daha çox faiz endirimi ehtimalı azdır." 

Qeyd edək ki, sorğuda 4-18 dekabr 2024-cü il tarixlərində 125 ölkədən 1398 iqtisadçı iştirak edib.

Rəhim

Seçilən
6
1
valyuta.az

3Mənbələr