AZ

Sierra Leonedə meymun çiçəyi ilə bağlı "fövqəladə vəziyyət" elan edilib

Qərbi Afrika ölkələrindən biri olan Sierra Leonedə 2 nəfərdə meymun çiçəyi (mpox) virusu aşkar edildikdən sonra "fövqəladə vəziyyət" elan edilib.

Ölkə mətbuatında yer alan xəbərlərə görə, Səhiyyə naziri Dr. Austin Demby jurnalistlərə bildirib ki, ölkədə 2 meymun çiçəyi hadisəsinin təsdiqlənməsi İctimai Sağlamlıq Aktına uyğun olaraq təcili tədbirlər görülməsini tələb edir.

"Sierra Leone hökuməti adından mən ictimai səhiyyə ilə bağlı fövqəladə vəziyyət elan edirəm", - deyə o, qeyd edib.

Sierra Leone hökuməti yanvarın 11-də ölkədə ilk meymun çiçəyi xəstəliyinin aşkar edildiyini açıqlayıb.

Seçilən
6
1
aznews.az

2Mənbələr