AZ

"AZ Smart LLC" işçi axtarır - VAKANSİYA

AZ Smart LLC

Baş məhsul meneceri

Son tarix 14 fev 2025 - Müraciət et

Vəzifə öhdəlikləri:

  • Şirkəti maraqlı tərəflər və müştərilər qarşısında təmsil etmək;
  • Əsas məqsəd və nəticələrin, strategiyaların hazırlanması və məhsul ilə bağlı məlumatlarının biznes qərarlarının verilməsinə tətbiq edilməsi;
  • Məhsulla bağlı problemlərin həlli, qərarların qəbulu və son tarixlərdə icrasını qarşılayaraq tam analizini həyata keçirmək;
  • Tərtibatçılar üçün məhsul xüsusiyyətlərinin müvafiq və təfərrüatlı təsvirlərinin hazırlanması;
  • Biznes/Sistem analitik və məhsul dizayn komandası ilə koordinasiyada davamlı yaxşılaşdırma səylərinə təşəbbüs göstərmək və icrasına nəzarət etmək;
  • POS-terminal və Nəzarət-Kassa Aparatı idarə sistemlərinin idarə olunması, dəstəyi, monitorinqi və daimi təkmilləşdirilməsi;
  • İnteqrasiya layihələri üzrə texniki dəstəyin təmin edilməsi;
  • Müxtəlif  tərəfdaşlarla və dəstəkçi şirkətlərlə əməkdaşlıq edilməsi;
  • Müvafiq təqdimatların, təlimatların və hesabatların hazırlanması.

Tələb olunan bilik və bacarıqlar: 

  • Ali təhsil;
  • İnformasiya texnologiyaları sahəsində azı 2 il iş təcrübəsi;
  • POS-terminal və Nəzarət-Kassa Aparatı  üzrə iş təcrübəsi;
  • Ödəniş sistemlərinin iş  prinsipini dərindən anlamaq;
  • Proqram təminatının inkişafının həyat dövrü (SDLC) və Proqram təminatının sınaqdan keçirilməsinin həyat dövrü (STLC) üzrə biliklər;
  • Məqsədləri təyin etmək və prioritetləşdirmək bacarığı;
  • Analitik düşünmə və problem həll etmə bacarığı;
  • Davamlı öyrənmə və inkişafa yönümlülük;
  • Komanda ilə işləmək bacarığı;
  • Texniki həlləri qavramaq və qiymətləndirmək bacarığına malik olmaq, müasir web arxitektura anlayışlarını başa düşmək (Mikroservislər, API və s. kimi);
  • Postman, XML, JSON və SQL üzrə texniki biliklər;
  • Jira Core/SM/Confluence, MS Ofis/Visio/Project  və Figma kimi alətlərdən istifadə təcrübəsi;
  • Xarici dil səviyyəsi: İngilis və Rus dili– B2.

Əlavə məlumatlar:

  • İş qrafiki: 5 günlük iş həftəsi
  • İş vaxtı: 09:00 – 18:00 

Maraqlananlar CV-lərini  “Baş məhsul meneceri” başlığı altında elektron poçt ünvanına göndərə bilərlər.

Seçilən
14
fed.az

1Mənbələr