AZ

"Nobel Food İndustry MMC" işçi axtarır - VAKANSİYA

Nobel Food İndustry MMC

İnsan Resursları üzrə mütəxəssis

Son tarix 14 fev 2025 - Müraciət et

Tələblər:

  • Ali təhsil;
  • Təcrübə: Müvafiq sahə üzrə 2  il;
  • Microsoft Excel ilə yüksək səviyyədə işləmə bacarığı;
  • Dil bilikləri: Azərbaycan dili – sərbəst; rus və ya ingilis dilləri üstünlük hesab edilir;
  • Məsuliyyətlilik və hesabatlılıq;
  • Analitik düşünmə və qərarvermə qabiliyyəti;
  • Ünsiyyətcil və kollektivdə işləmə bacarığı. 

İş haqqında məlumat:

  • Əmək qanunvericiliyinə, əsasnamə və təlimatlara əsasən müəssisə, idarə və təşkilatlarda işçilərin işə qəbulu, işdən çıxarılması, bir iş yerindən başqasına keçirilməsi, vəzifəsinin böyüdülməsi, mükafatlandırılması, kadrların ixtisasının artırılması, məzuniyyətin verilməsi və s. işləri yerinə yetirir;
  • Kadrların seçilməsi və düzgün yerləşdirilməsi, fəhlələrin, rəhbər işçilərin və qulluqçuların ixtisasının artırılması, tələbə və şagirdlərə istehsalat təcrübəsinin öyrədilməsi işinin təşkilinə dair təkliflər hazırlayır;
  • Müəssisə, idarə və, təşkilatların kadrlara olan tələbatı haqqında lazımi yerlərə məlumat verir;
  • Kadr axının səbəblərini öyrənir, onun aradan qaldırılması üçün tədbirlər hazırlayır və rəhbərliyə təqdim edir;
  • İxtisas və attestasiya komissiyalarına lazım olan materialları hazırlayır, attestasiya komissiyasının işində bilavasitə iştirak edir;
  • İşçilərə məzuniyyətlərin verilməsinin uçotunu aparır, məzuniyyətdən vaxtında, tərtib edilmiş qrafik üzrə istifadə edilməsinə nəzarət edir;
  • Şəxsi işlərin arxivini aparır, vaxtı keçmiş işlərin dövlət arxivinə verilməsini təşkil edir;
  • Kadrlar üzrə hesabatların tərtib və tələb olunan yerə vaxtında təqdim edilməsinə rəhbərlik edir;
  • Müəssisə, idarə və təşkilatlarda verilmiş əmr və göstərişlərin layihələrinin yuxan təşkilatın göstərişlərinə uyğun olub-olmadığını yoxlayır. İcrası tələb olunan tapşırıqlar üzrə nəzarəti həyata keçirir. Onların yerinə yetirilməməsi səbəblərini araşdırır və lazımi tədbirlər görür.

İş vaxtının norması:

  • 5 günlük iş rejimi;
  • İstirahət günü: Şənbə və Bazar günü.

Vəzifə üzrə əmək haqqı və digər üstünlüklər:

  • Əmək haqqı: Razılaşma yolu ilə;
  • Nahar şirkət tərəfindən təmin edilir. 

İş yeri:

  • Binə Qəsəbəsi.

Göstərilən tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi [email protected] elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz.  Email-in mövzu hissəsində  “İnsan Resursları üzrə mütəxəssis” göstərməyiniz xahiş olunur.

Seçilən
9
fed.az

1Mənbələr