AFB Bank
Müxbir əlaqələr və hesablaşmalar üzrə aparıcı mütəxəssis
Son tarix 14 fev 2025 - [email protected]
İş qrafiki: 09:00 - 18:00 (Bazar ertəsi – Cümə)
Ünvan: Bakı şəhəri.
Namizədə dair tələblər:
- Ali təhsil;
- Bank sektorunda ən azı 3 il iş təcrübəsi;
- SWIFT, AZİPS, XÖHKS sistemlərində işləmə bacarığı;
- Yüksək səviyyədə Azərbaycan, Rus və İngilis dili bilikləri;
- MS Office (MS Word, MS Excel, Outlook) proqramları üzrə biliklər;
- Nəticəyönümlülük, dəqiqlik, problem həlletmə bacarığı, əməliyyat çevikliyi.
İşin təsviri:
- NOSTRO və LORO hesabların qalıqlarına nəzarət edir;
- Bank və müştərilərin xarici valyutada olan ödəniş tapşırıqlarının SWIFT, AZIPS, XÖHKS və AÖS sistemlərində yoxlanılmasına məsuldur (verifikator);
- Milli və xarici valyutada olan ödəniş sənədlərini bankdaxili əməliyyat sistemində müəyyən edilmiş limit həddində təsdiqləyir;
- Banklararası əməliyyatlar üzrə xarici valyutada müəyyən edilməmiş hesablarda olan məbləğlərin araşdırılmasına və təyinatı üzrə işlənilməsinə məsuldur;
- Xarici və milli valyuta əməliyyatları ilə əlaqədar müştərilərdən və ya aidiyyatı təşkilatlardan daxil olan sorğuları araşdırır, onlara cavab hazırlayır;
- Avans və konsiqnasiya əməliyyatlarının elektron qeydiyyatının mərkəzləşdirilmiş qaydada aparılmasına məsuldur;
- Sürətli pul köçürmə sistemləri üzrə klirinqi həyata keçirir;
- Müxbir əlaqələr və hesablaşmalar üzrə digər əməkdaşın cari iş yükü çox olduqda, onlara kömək edir;
- Direktorun və menecerin ona həvalə etdiyi digər işləri görür.
Uyğun namizədlərdən CV-lərini mövzu sətrində “Müxbir əlaqələr və hesablaşmalar üzrə aparıcı mütəxəssis” qeydi edərək elektron poçt ünvanına göndərməyini xahiş edirik.
Proqramlaşdırma üzrə aparıcı/baş mütəxəssis
Son tarix 14 fev 2025 - [email protected]
İT strukturu
İş qrafiki: 09:00 - 18:00 (Bazar ertəsi – Cümə)
Ünvan: Bakı şəhəri.
Namizədə dair tələblər:
- Ali təhsil;
- “Software Developer”, “Software Engineer” və ya digər rolu kimi təsdiq olunmuş ən azı 3-5 il iş təcrübəsi;
- “Agile Development” və “Extreme programming” metodologiyaları ilə bilik və təcrübə olmalı;
- Məlumat struktur (Data structures), Algoritm yaradilması, SQL bilikləri;
- Testlə idarə olunan mühitdə proqram tərtibatı və inkişafı (software design and development) ilə təcrübə olmalı;
- Proqramlaşdırma dil bilgiləri (Java / C#, PL/SQL, PHP, Javascript, və s. ) ;
- SFDC framework, Apex, VisualForce bilik olmalı;
- Git kod versiya vasitələrində bilik və təcrübə olmalı;
- Sistem dizaynı (system design) və məlumat əlaqələri (data relationship) bilik olmalı;
- JIRA/MS Excel/Visio/PowerPoint bilikləri.
İşin təsviri:
- Yeni tətbiqi proqramlar, modulların işlənib hazırlanmasında iştirak edir.
- Kod yazır və təhlil edir, prototiplər qurur, kodla bağlı problemləri (bottlenecks və s.) həll edir.
- Yeni tətbiq olunan proqramlarını test edib məlumat verir.
- Problemləri həll etmək və təkmilləşdirilməli sahələri müəyyən etmək üçün məlumatları, prosesləri və kodları tərtib edir və təhlil edir.
- Yeni program tətbiqində layihə gruplarda iştirak edir;
- Yeni tətbiq olunmuş proqram üçün texniki sənədlərinin hazırlanmasında iştirak edir.
- Mövcud kodun dəyişdirilməsinə nəzarət edir, kodun nəzərdən keçirilməsini aparır.
Uyğun namizədlərdən CV-lərini mövzu sətrində “Proqramlaşdırma üzrə aparıcı/baş mütəxəssis” qeydi edərək elektron poçt ünvanına göndərməyini xahiş edirik.
Təminat-təchizat üzrə aparıcı mütəxəssis
Son tarix 14 fev 2025 - [email protected]
İnzibati idarəetmə strukturu
Vəzifə: Təminat-təchizat üzrə aparıcı mütəxəssis
İş qrafiki: 09:00 - 18:00 (Bazar ertəsi – Cümə)
Ünvan: Bakı şəhəri.
Namizədə dair tələblər:
- Ali təhsil;
- Sahə üzrə 2 il iş təcrübəsi;
- MS ofis proqramlarından istifadə bacarığı;
- İntizamlılıq, dəqiqlik, komandada işləmə bacarığı;
- Verilmiş tapşırıqları vaxtında və tam yerinə yetirmək;
- Əməyin mühafizəsi, texniki təhlükəsizlik, sanitariya və yanğından mühafizə norma və qaydalarına riayət etmək.
İşin təsviri:
- Bankın baş ofis və filiallarının ofis şəraitinin yaxşılaşdırılmasının təşkil edilməsi;
- Bankın tələbatına uyğun mal və xidmətlərin satın alınması prosesinin təşkili;
- Satın alınan mal və xidmətlərlə bağlı bazar araşdırılmasının təşkili;
- Satınalma ilə bağlı tenderlərin təşkili və nəzarəti;
- Baş ofis və filiallarda olan əşyaların daşınmasını, otaqlara yığılmasını və s. yerdəyişmə işlərinin təşkil edilməsi;
- Bankın baş ofis və filallarda olan havalandırma, su təchizatı, istilik sistemlərini nəzarətdə saxlamaq, təmirə ehtiyac olduğu halda onların təmir işlərini təşkil etmək, baş ofisdə olan qazanxana, havalandırma mərkəzləri, elektrik otaqları və su sistemlərinə daimi nəzarət edilməsi;
- Filalların bütün xırda təmir tikinti və bərpa işlərinin təşkil edilməsi;
- Fövqəl vəziyyət zamanı yaranmış problemlərin həll edilməsi, su basma, kanalizasiya, yanğın və s. hadisələrin qarşısının alınması tədbirlərin hazırlanması;
- Baş ofis və filiallarda olan generator sistemlərinin servis cədvəllərinə nəzarət edilməsi və daimi işlək vəziyyətdə olmasına nəzarət edilməsi;
- Baş ofisin aylıq kommunal ödənişlərinə nəzarətin edilməsi, bu sahədə aidiyyatı dövlət orqanları ilə sənədləşmə işlərinin həll edilməsi;
- Struktur direktorunun verdiyi digər öhdəliklərin yerinə yetirilməsi.
Uyğun namizədlərdən CV-lərini mövzu sətrində “Təminat-təchizat üzrə aparıcı mütəxəssis” qeydi edərək elektron poçt ünvanına göndərməyini xahiş edirik.