AZ

"SAB şirkəti" işçi axtarır - MAAŞ 3000 MANAT - VAKANSİYA

SAB şirkəti

Baş Mühasib

Son tarix 14 fev 2025 - [email protected]

Vəzifə funksiyaları:

  • “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununu, Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarını və bu standartlara əsasən mühasibat uçotunun aparılması qaydalarını, maliyyə, vergi və digər hesabatların tərtib edilməsi qaydasını bilməli;
  • Daxil olan pul vəsaitlərinin, mal-material ehtiyatlarının və əsas vəsaitlərin tam uçotu və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat uçotunda əks etdirilməsini təmin etmək;
  • Müəssisə tərəfindən həyata keçirilən bütün təsərrüfat əməliyyatlarının mühasibat uçotu hesabında (həmçinin uçotu registrlərində) düzgün əks etdirilməsini təmin etmək;
  • İlkin mühasibat sənədlərinin, hesablaşmaların və ödəniş öhdəliklərinin icra edilməsinə nəzarət sisteminin qurulması;
  • Bank hesabları üzrə ödənişlərin həyata keçirilməsinə nəzarət edilməsi;
  • Debitor və kreditor borcların uçotunun aparılması;
  • Kreditor və debitorlar ilə üzləşmələrin aparılması;
  • Əmək haqqı, məzuniyyət və ezamiyyənin hesablanması;
  • Gəlir və xərclərin uçotunun aparılması;
  • Vergi risklərinə nəzarət olunması və bununla bağlı müvafiq tədbirlərin görülməsini təmin etmək;
  • Vergi orqanına hesabatların hazırlanması və təqdim edilməsi (Vahid bəyannamə,ÖMV,ƏDV)

Vəzifə tələbləri:

  • Təhsil pilləsi (minimum) Bakalavr (magistr dərəcəsi olması arzu olunandır)
  • Təhsil ixtisası Mühasibatlıq, maliyyə və ya iqtisadiyyat üzrə
  • Cinsi: kişi
  • İstehsalat və qida sektorunda təcrübəsi olanlara üstünlük veriləcək
  • İş təcrübəsi (minimum) Müvafiq sahədə 3-5 il iş təcrübəsi (istehsalat, real sektor sahəsində təcrübəsi olanlara üstünlük veriləcək)
  • Dil bilikləri Azərbaycan dili
  • Kompüter bilikləri Peşəkar səviyyədə Microsoft office proqramları (əsasən Excel) və 1C 8.3
  • Digər zəruri tələblər Mühasibat uçotu üzrə beynəlxalq sertifikatların mövcudluğu (ACCA F3,F7 və s.)
  • Peşəkar mühasib sertifikatının (PMS MHBS) olması arzuolunandır.
  • Əmək haqqı 3000+ AZN

Vəzifənin tələb etdiyi səriştəliliklər:

  • Problem həll etmə bacarıqları;
  • Detallara diqqət;
  • Komandada işləmək bacarığı;
  • Analitik düşünmə bacarığı.

Əmək şəraiti:

İş qrafiki: 5/2, 09:00-18:00

Nahar şirkət tərəfindən təmin edilir

İş yeri : Xırdalan şəhəri

Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi elektron poçtuna göndərə bilərsiniz. Email-in  mövzu hissəsində “Baş mühasib” qeyd etməyiniz xahiş olunur.

Seçilən
2
1
fed.az

10Mənbələr