AZ

Güləndə insan bədənində nə baş verir? - AÇIQLAMA

 

 

 

“Güldüyümüz zaman beynimiz endorfin və serotonin deyilən xoşbəxtlik hormonu ifraz edir”.

Bu sözləri Hit.az-a açıqlama verən psixoloq Sevinc Əliyeva deyib. 

Onun sözlərinə görə, bu hormonlar ruhsal olaraq bizi sağaldır və stressi azaldır:

“Gülərkən insan bədənində bir neçə fiziki və bioloji proses baş verir. Gülüş yalnız emosional bir reaksiya deyil, həm də fiziki dəyişiklikləri tetikleyen kompleks bir fenomendir. Gülərkən, üzümüzdəki 15-20 müxtəlif əzələ aktivləşir. Xüsusilə, ağzın künclərinin yuxarıya doğru çəkilməsi (smayl) və göz ətrafındakı əzələlərin işləməsi ilə əlaqədar olaraq , bu əzələlər hərəkətə gəlir. 

Gülüş, beyindəki endorfin adlanan xoşbəxtlik və rahatlıq hormonlarının ifraz olunmasına səbəb olur. Bu hormonlar bədənin təbii ağrı kəsiciləri kimi fəaliyyət göstərir və insanı daha yaxşı hiss etməsinə kömək edir. Gülərkən, ürək döyüntüləri bir müddət sürətlənir, lakin bu, qısa müddətli və zərərsizdir. Bu da bədənə "sağlam stres" olaraq, təsir edir. Gülüş həmçinin bədəndəki stress hormonlarının (məsələn, kortizol) səviyyəsini azaldır. Bu, insanın daha rahat hiss etməsinə, psixoloji və fiziki gərginliyi azaltmasına kömək edir. Gülüş, immunitet sisteminin güclənməsinə də kömək edir. Həmçinin, bədənin iltihab əleyhinə daha güclü bir reaksiyon göstərməsinə şərait yaradır. Gülərkən, parasimpatik sinir sistemi aktivləşir, bu da bədənin rahatlamasına və əzələlərin gərginliğinin azalmasına kömək edir”.

Murad

Seçilən
17
hit.az

1Mənbələr