İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmət ötən il ərzində bəzi aparıcı supermarketlər haqqında inzibati protokollar tərtib edib.
Qeyd edək ki, barəsində ən çox inzibati protokol tərtib olanan marketlər şəbəkəsi “Araz” supermarketləri olub. Bu supermarket haqqında il ərzində 7 protokol tərtib edilib.
Bundan başqa BRAVO (“Azərbaycan Supermarket” MMC) və “OBA Market” haqqında 5 protokol yazılıb. “Al Market”, “Bazarstore” və “BM Market”lər də haqqında protokol tərib edilən digər market şəbəkələridir.
Supermarketlər barəsində 2024-cü ilin yanvar-dekabr ayları ərzində tərtib olunan inzibati xəta haqqında protokolların siyahısını təqdim edirik:
“Araz Supermarket” MMC – 7 dəfə;
BRAVO (“Azərbaycan Supermarket” MMC) – 5 dəfə;
“OBA Market” MMC – 5 dəfə;
“Al Market” MMC – 1 dəfə;
“BM Market” MMC – 1 dəfə;
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta