AZ

Səudiyyə Ərəbistanı 4-cü Beynəlxalq Media Forumuna ev sahibliyi edəcək

Bakı. Trend:

Fevralın 19-dan 21-dək Ər-Riyad şəhərində 4-cü BeynəlxalqSəudiyyə Ərəbistanı Media Forumu keçiriləcək.

Trend forumun saytınaistinadən xəbər verir ki, media sektorunda qlobal çağırışlar vəonlara adekvat cavab vermək imkanları, müasir media iqtisadiyyatı,inkişaf etmiş rəqəmsal mühitdə media iqtisadiyyatının dinamikasınınvə böyümə, davamlılıq strategiyalarının təhlili məsələləri diqqətmərkəzində olacaq.

Məlumata görə, tədbirdə, həmçinin gələcək media mənzərəsininproqnozlaşdırılması yolları və yaradıcı istedadların bu sektorunyenidən formalaşdırılmasında rolu müzakirə olunacaq.

Forumun çərçivəsində Yaxın Şərqin ən böyük media sərgisi olanMedianın Gələcəyi Sərgisi (FOMEX) təşkil olunacaq. Sərgidə dünyanınböyük media və texnologiya şirkətləri yeni innovasiyalarını təqdimedəcəklər. Ötən ilki sərgidə 30 dövlətdən 200-ə yaxın şirkətiştirak edib.

Forum çərçivəsində Səudiyyə Ərəbistanı Media Forumu Mükafatısahiblərinə təqdim ediləcək. Mükafat media məzmunu yaradılmasındafərqlənənlərə verilir.

Qeyd edək ki, 3-cü Media Forumu çərçivəsində keçirilən 80-dənçox panel iclasında, ümumilikdə, 200-dən çox qurumun rəhbərləri vənümayəndələri, 2000-dən çox natiq və media nümayəndəsi iştirakedib. Sərgi ziyarətçilərinin sayı isə 32 mindən çox olub.

Seçilən
0
4
az.trend.az

5Mənbələr