AZ

Uşaq tərbiyəsində 20 qızıl qayda...

Əslində, bu qaydaların sayını artırmaq da olar. Ancaq tərbiyənin bünövrəsini qoymaq üçün işə bu 20 qaydadan da başlamaq olar. Elə isə...

1. Ailə üzvləri arasındakı sevgi və səmimiyyəti uşaqlarınıza da hiss etdirin.
2. Uşaqlarınızın gözləri qarşısında mübahisə etməyin.
3. Uşaqlarınızın səhvlərini tənqid və ya istehza ilə qarşılamayın. Unutmayın, onlar da insandırlar.
4. Uşaqlarınızın bir-birilərini sərt davranmalarına imkan verməyin.
5. Əgər ortada bir günah varsa, günahkarı axtarın və ancaq günahkara cəza verin.
6. İstər cəza, istərsə də mükafat verərkən ədalətli olun.
7. Uşaqlarınıza sevməyi öyrədin. Bunun üçün ən yaxşı vasitələrdən biri həm də onları sevməkdir.
8. Onlarla böyük kimi davranın, ancaq böyüklərdən gözlədiklərinizi onlardan gözləməyin.
9. Səhvlərini saymaqdansa, vəzifələrini sayın.
10. Uşaqlara qəhrəmanlıq və mərdlik timsalı olan insanları nümunə göstərin.
11. İdmana və musiqiyə həvəsləndirin.
12. Uşaqlarınızın istədikləri yerə nəzarətsiz getməsinə icazə verməyin. Onlarla yaxından maraqlanın və sərt mövqe tutmamaq şərti ilə təşəbbüsü əldən buraxmayın.
13. Uşaqlarınızı hər səhvinə görə cəzalandırmayın. Bəzi kiçik səhvlərini görməməzliyə vurun. Səhvlərini səbirlə, təmkinlə izah etməyə çalışın.
14. Uşaqlarınız təmizliyə qarşı həssas olsun. Bunun üçün siz də onlara nümunə olun.
15. Uşaqlarınızı kiçik yaşlardan fantastik şeylərlə qorxutmayın (məsələn, xoxan, torbaçı və s.).
16. Verdiyi suallar sizə maraqlı olmasa da, onların öyrənmək həvəsini qırmayın. Suallara onların başa düşə biləcəkləri şəkildə cavab verin.
17. Unutmayın, onlar uşaqdırlar və hər hərəkətinizi yaddaşlarına qeyd edirlər.
18. Uşaqlarınız yaxşı bir iş gördükdə təqdır etməyi və ya hədiyyə verməyi unutmayın.
19. Təkcə təmizlikdə yox, səliqədə də onlara nümunə olun.
20. Uşaqlarınızın uşaqlığını yaşamasına imkan verin.
Seçilən
5
2
yenilik.az

3Mənbələr