AZ

"Qış Parkı" ərazisində yaşamış sakinlərə 1,7 milyon Avro ödəniləcək

Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) mülkiyyət hüququnun pozulmasına görə, Azərbaycandan Bakıda salınan "Qış parkı" ərazisində yayamış sakinlərə 1 milyon 693 min 892 avro məbləğində kompensasiya ödəməsini tələb edib. Bu barədə AİHM məlumat yayıb. 

AİHM-in qərarı Bakıda "Qış Parkı"nın tikintisi zamanı köçürülən şəxslərin müraciətləri əsasında qəbul edilib.

2008-ci ildə Bakı Şəhər İcra Hakimiyyəti başçısının sərəncamı ilə Füzuli, Səməd Vurğun, Şəmsi Bədəlbəyli və Topçubaşov küçələrində yerləşən 500-dən çox yaşayış və qeyri-yaşayış obyekti sökülüb və sakinlər köçürülüb. Müraciət edənlər mülkiyyət hüquqlarının pozulmasına və ədalətli məhkəmə araşdırması tələb etdiklərinə dair şikayət ediblər.

AİHM artıq 2022-ci ildə bu işlə bağlı bir çox mülkiyyətçinin hüquqlarının pozulduğunu müəyyən edib və kompensasiya məsələsinin həlli üçün  Azərbaycana vaxt verib. 

Yanvarın 14-də Avropa Məhkəməsi qərarını açıqlayıb.
 
Qərara əsasən, Azərbaycan hökuməti maddi və mənəvi ziyana görə, 18 müraciətçiyə 1 milyon 693 min avro məbləğində kompensasiya ödəməlidir.

Məhkəmənin qərarına əsasən, bütün müraciətçilərə 3 ay ərzində maddi və mənəvi zərərə görə xərclər ödənilməlidir. Müraciətçilərə ödənilməli olan ümumi kompensasiya məbləği 1 milyon 693 min 892 avro təşkil edir.
 
N.Təbrizli

www.anews.az
Seçilən
8
anews.az

1Mənbələr