Meqa Həyat Sığorta
Biznesin inkişafı şöbəsi Fərdi sığorta bölməsinin Mütəxəssisi
Son tarix 14 fev 2025 - [email protected]
Namizədlərə olan tələblər:
- Təhsil: Ali.
- Qanunvericilik bilikləri: Mülki Məcəllənin 50-ci fəsli və İcbari sığortalar haqqında qanun.
- Kompüter bacarıqları: Microsoft Office Word və Excel – sərbəst istifadəçi.
- Dil bilikləri: Azərbaycan, rus dilində ünsiyyət saxlaya bilmək - arzuolunandır.
- Şəxsi keyfiyyətlər və bacarıqlar: təhlil etmə, yazılı və şifahi kommunikasiya, komanda da işləmək bacarığı, operativlik, intizamlılıq, dəqiqlik və məsuliyyət.
- Təqdimat hazırlama və təqdimat keçmə bacarığı
Əsas vəzifə öhdəlikləri:
- Yeni müştərilərdən gələn sorğuların cavablandırılması
- Sığorta məhsulunun və müştəri haqqında olan informasiyanın və məlumatların müvafiq baza sisteminə daxil edilməsi
- Bütün əməliyyatların mövcud əməliyyat sisteminə işlənilməsinin icra edilməsi;
- Müştəri müraciətlərinin qəbul edilməsi, aidiyyatı struktura (şəxsə) yönləndirilməsi və müraciətin nəticəsinin müştəriyə bildirilməsinin təmin edilməsi;
- Müştərilər tərəfindən ərizə formalarının doldurulmasının təmin edilməsi.
- Yeni müştərilərin cəlbi.
- Vəzifə təlimatından irəli gələn digər işləri həyata keçirmək.
Əmək şəraitinin şərtləri:
- Əmək haqqı: namizədin təcrübə və səriştəsinə uyğun olaraq müəyyən olunur.
- İş vaxtı: 09:00-dan 18:00 –dək olmaqla 5 günlük iş həftəsi.
- Əsas məzuniyyət hüququ: 30 gün. Əlavə məzuniyyət hüququ: Qanunvericiliyə görə işçiyə düşən digər hüquq və imtiyazlarına uyğun verilir.
- Tibbi sığorta təminatı.
Zəhmət olmasa mövzu bölməsində “Fərdi sığorta bölməsinin Mütəxəssisi” qeyd etməklə CV-nizi e-mail ünvanına göndərin.
Müsahibəyə vakansiya tələblərinə cavab verən namizədlər dəvət alacaq.