AZ

Putin Krımın əhəmiyyətindən DANIŞDI

Krım və Sevastopol bütün Rusiya üçün strateji əhəmiyyət kəsb edir.

Redaktor.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin regionların sosial-iqtisadi inkişafına dair iclası açarkən deyib. 

"Bugünkü görüş bütün ölkə üçün strateji olmasa da, ciddi əhəmiyyət kəsb edən iki regionumuzun - Krım Respublikası və Sevastopol şəhərinin inkişafına həsr olunub", - dövlət başçısı bildirib.

O əlavə edib ki, iclas iştirakçıları əldə edilmiş nəticələr, mövcud problemlər, eləcə də qarşıda duran əsas vəzifələri müzakirə edəcəklər.

Bundan əvvəl Putin əmin edib ki, Rusiya hakimiyyəti Krıma qarşı istənilən təhdidləri yatırmaq üçün hər şeyi edəcək.

T.İSMAYIL

Seçilən
3
2
redaktor.az

7Mənbələr