AZ

Bankomat kartı geri qaytarmasa nə edək?

Əksər insanlar bankomatların kartları geri qaytarmaması problemi ilə qarşılaşıb.

Belə olan zaman insanların əksəriyyəti nə edəcəklərini bilmirlər.

Əkrəm Həsənov Hit.az-a deyib ki, pin kod bir neçə dəfə səhv yığılanda bankomat kartı geri qaytarmaya bilər: 

“Kartın müddəti keçəndə və yaxud bloklananda da bu problemlə üzləşmək olur. Bankomat kartı geri qaytarmırsa, bankomatın yanından ayrılmaq məsləhət görülmür. Bankomat əgər donubsa, 10-20 dəq sonra özünə gəlir və kartı geri qaytarır. Bu üsullarla kartı geri qaytarmaq mümkün olmayıbsa, həmin kartın aid olduğu banka zəng vuraraq problem barədə mlumat vermək lazımdır”.

Sevinc

Seçilən
0
50
hit.az

10Mənbələr