AZ

"Çelsi" "Bavariya"dan 65 milyon avro tələb edir

"Çelsi"nin futbolçusu Kristofer Nkunku Almaniya Bundesliqasına qayıda bilər.

Sportal.az xəbər verir ki, "Bavariya" fransalı hücumçunu transfer etmək istəyir. Bu barədə "Sky Sports" televiziyasının müxbiri Florian Plettenberq məlumat yayıb.

Münhen klubu Nkunku ilə şəxsi müqavilənin şərtlərini razılaşdırıb. "Çelsi" 27 yaşlı forvardı satmağın əleyhinə deyil. Premyer Liqa klubu "Bavariya"dan 65 milyon avro tələb edir.

Qeyd edək ki, "Çelsi" Kristofer Nkunkunu 2023-cü ilin yayında "Leypziq"dən transfer edib. Fransa millisinin üzvü bu mövsüm London təmsilçisinin heyətində meydana çıxdığı 28 rəsmi matçda 13 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

saytlarin hazirlanmasi

Seçilən
3
1
sportal.az

2Mənbələr