AZ

İstanbulda 3 Türkmənistan vətəndaşı saxta spirtli içkidən ölüb

İstanbulda saxta spirtli içkidən daha 3 nəfər həyatını itirib.

Xezerxeber.az-ın verdiyi xəbərə görə, NTV kanalı ölənlərin Türkmənistan vətəndaşı olduğunu bildirib.

Məlumata əsasən, məsələ ilə bağlı cinayət işi başladılıb, 2 şübhəli saxlanılıb. Qeyd olunur ki, son günlərdə saxta spirtli içkidən həyatını itirənlərin sayı 7-ə yüksəlib.

İstanbul Valiliyinin məlumatında isə bildirilib ki, 2024-cü ildə 110 nəfər saxta spirtli içkidən zəhərlənib, onlardan 48-i həyatını itirib.

Seçilən
3
6
xezerxeber.az

7Mənbələr