AZ

Çin neft idxalını artırıb

Çinin dövlət neft şirkətləri və özəl neft emalı zavodları təcili neft idxalını artırmağa başlayıb. Buna səbəbi ABŞ-ın Rusiya və İrana qarşı sanksiyalarını sərtləşdirməsi olub. Belə ki, bu sanksiyalar qısamüddətli perspektivdə idxalın məhdudlaşmasına səbəb ola bilər. Bu barədə Bloomberg mənbələrinə istinadən xəbər verir.
 
Çin şirkətləri ən çox Yaxın Şərq, Afrika və Cənubi Amerikada hasil edilən neftə maraq göstərirlər. 

Daha çox neft alan şirkətlər arasında Cnooc, Shandong Yulong Petrochemical Co və Jiangsu Eastern Shenghong Co yer alır.
 
Treyderlərin məlumatına görə, əsasən fevral  üçün neft alışı həyata keçirilir. Bu qərar, iri istehsalçıların narahatlıqları ilə izah olunur ki, sanksiyalar kiçik neft emalı zavodlarında istehsalın azalmasına səbəb ola bilər. Bu zavodlar Rusiya və İrandan xammalın əsas alıcıları kimi çıxış edirdilər. Belə bir vəziyyətdə iri şirkətlər bu bazara müdaxilə etməli olacaq.

ABŞ  yanvarın 10-da Rusiya yanacaq sənayesinə qarşı yeni sanksiyalar tətbiq edib. Məhdudiyyətlər Qazprom Neft, Surgutnefteqaz, həmçinin bir sıra neft xidmətləri müəssisələri və Rusiya ilə ticarət edən treyderlərə aid edib.
 
Bundan əlavə, sanksiyalar 183 tankeri əhatə edib.
 
Bloomberg-in məlumatına görə, Çin sanksiyalara məruz qalan üç tankerin Rusiya neftini qəbul etməyib.
 
N.Təbrizli

www.anews.az
Seçilən
3
anews.az

1Mənbələr