Əsəd Həsən Şeybani yanvarın 15-də Türkiyəyə səfər edəcək.
Suriyanın yeni administrasiyasının xarici işlər naziri Əsəd Həsən Şeybani yüksək səviyyəli nümayəndə heyəti ilə yanvarın 15-də Türkiyəyə səfər edəcək.
"Operativ Media" xəbər verir ki, bu barədə Türkiyə XİN məlumat yayıb.
Səfər çərçivəsində onun Türkiyənin XİN başçısı, milli müdafiə naziri və MİT rəhbəri ilə görüşəcəyi nəzərdə tutulur.