AZ

Polşa azərbaycanlılarına pulsuz polyak dili tədris olunacaq



Əziz həmvətənlər, Polşa Azərbaycanlıları Şurasından daha bir ilkə imza atır!
Belə ki, soydaşlarımızın Polşa cəmiyyəti ilə daha sıx əlaqədə olması, həyatlarının asanlaşdırılması və ümumi Polşa Diasporu adına TAM ÖDƏNİŞSİZ POLYAK DİLİ dərsləri layihəsinə start veririk.
Dərslər ilkin mərhələdı ayda 4 dəfə olmaqla 2 aylıq periodda, Polyak dili tədrisi üzrə magistr dərəcəli və 5 illik tədris təcrübəsinə malik, Polyak müəllimə tərəfindən Varşava Azərbaycan evində keçiriləcək.
İştirak etmək üçün zəhmət olmasa, instagram səhifəmizin Bio bölməsində yerləşdirilən linkdən qeydiyyatdan keçin.
QEYD: 2024-cü il ərzində Polşa Azərbaycan diasporu olaraq soydaşlarımız üçün 30-dan çox ödənişsiz təlim və tədbir təşkil etmişik. Bu il isə bu sayı ümid edirəm ki, keyfiyyətini qorumaq şərtilə artıracağıq və soydaşlarımıza əlimizdən gələn ən yaxşı şəkildə xidmət edəcəyik.
Seçilən
3
newscenter.az

1Mənbələr