AZ

"Crocus City Hall" terror aktına görə 27 nəfər ittiham olunub

Rusiya İstintaq Komitəsi “Krokus Siti Holl”da törədilən terror aktı ilə bağlı 27 nəfərə ittiham irəli sürüb.

Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkin məlumat verib.

"Baş İstintaq İdarəsi bu iş üzrə 27 nəfəri ittiham edib. Terror aktının təşkilində, hazırlanmasında və maliyyələşdirilməsində əli ola biləcək digər şəxslərin də istintaqı davam edir. Vahid mərkəzlər vasitəsilə təqsirləndirilən şəxslər arasında maliyyə əlaqələri müəyyən edilib”, - o bildirib.


Müəllif: Arzu
Seçilən
8
teleqraf.com

1Mənbələr