Beşinci Respublikanın baş naziri Fransua Bayrou bildirib ki, Fransada pensiya islahatının ləğvi cinayət olardı.
Oxu24.com xəbər verir ki.bu barədə RİA Novosti məlumat yayıb.
“Pensiya islahatları ölkəmiz və sosial modelimiz üçün əsasdır. Onun ləğvi ölkəmizə qarşı cinayət olardı. Bu, vətəndaşlarımızın pensiyalarının ödənilməsi yükünün gənc nəslin üzərinə qoyulması demək olardı”, - deyə Fransa hökumətinin başçısı izah edib.
Bayrounun sözlərinə görə, bütün maraqları nəzərə almaq və “razılaşmaq” üçün islahatı nəzərdən keçirmək və təkmilləşdirmək mümkündür.
2023-cü ilin yazında Fransada pensiya yaşının 62-dən 64-ə qaldırılması ilə bağlı müzakirələr fonunda genişmiqyaslı etiraz aksiyaları keçirilib.
Miri