Alman avtomobil istehsalçısı Volkswagen AG 2024-cü ildə avtomobil satışlarını 2,3% azaldığını açıqlayıb.Qrupun ümumi satışları, o cümlədən Skoda, Seat, Audi, Bentley, Lamborghini və Porsche markaları, eləcə də MAN və Scania yük maşınları, 9,03 milyon ədəd təşkil edib, keçən il isə bu rəqəm 9,24 milyon idi.Qərbi Avropaya illik tədarük 0,4% azalaraq 3,3 milyon olub, Mərkəzi və Şərqi Avropaya isə 1,7% artaraq 512 min ədəd çatıb. Şimali Amerikada satışlar 2023-cü ilə nisbətən 6,4% artaraq 1,06 milyon ədədə çatıb.Cənubi Amerikada ən yüksək artım 14,7% olub, burada 594,3 min avtomobil satılıb. Braziliyaya tədarük 18,2% artıb.Asiya-Sakit Okean regionunda isə 3,2 milyon avtomobil satılıb, bu, keçən ildən 10,3% azdır. Şirkət bunun səbəbini Çində yüksək rəqabət və orada satışların 9,5% azalması ilə izah edir.Elektrik avtomobillərinin (BEV) satışı 3,4% azalıb və 744,8 minə düşüb.Səidə Mustafa
Diqqət Çəkənlər
Avropa Komissiyası, rəhbəri Ursula fon der Lyayenin səhhəti ilə bağlı məlumatların gizlədilməsi iddialarını rədd edib
Qorxu filmi səhnəsi kimi: Bu görüntü Kayseridə çəkilib
Aydınlık: ABŞ dünyada terrorizmi dəstəkləyir